ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yerli vətəndaşların məxfi dinləməsinə son qoyur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) noyabrın 29-dan yerli vətəndaşların telefon danışıqlarının dinlənilməsini dayandıracaq. Maide.az xəbər verir ki, bu barədə Amerika hökuməti ötən gecə rəsmi açıqlama yayıb. ABŞ qanunlarına əsasən, MKİ irimiqyaslı dinləmə proqramını şənbə günü yerli vaxtla saat 23:59-da (Azərbaycan saatı ilə 08.59-da) dayandıracaq. Eyni zamanda həmin andan etibarən idarə Amerika vətəndaşlarının açıq dinlənilməsi əməliyyatlarına start verəcək. "Ağ Ev"dən bildiriblər ki, son 5 ildə toplanmış materiallar 29 fevral 2016-cı il tarixədək saxlanılacaq. /