Maide.az

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtu xaker hücumuna məruz qalıb

  ABŞ rəsmiləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennana məxsus e-poçtun bir orta məktəb şagirdi tərəfindən xaker hücumuna məruz qalması haqda məlumatları araşdırırlar. Maide.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsi e-poçtunu dağıtdığını iddia edən şəxs “New York Post” qəzetinə açıqlamasında deyib ki, sözügedən İdarə rəisinin işi ilə bağlı faylları, o cümlədən yüksək təhlükəsizlik akkreditasiyası ilə bağlı müraciəti ələ keçirib. Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqlər bildiriblər ki, bununla bağlı araşdırmalar davam edir, lakin Con Brennana məxsus e-mailın xaker hücumuna məruz qalması haqda xəbəri təsdiq etməyiblər.   Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin e-poçtunu dağıtdığını iddia edən yeniyetmənin adı anonimdir və şəxsiyyəti haqqında məlumatlar açıqlanmır. “New York Post” qəzeti bu şəxsin orta məktəb şagirdi olduğunu, həşiş çəkdiyini və ABŞ-ın xarici siyasətini tənqid etdiyini qeyd edib.  /