Maide.az

ABŞ kosmosda məxfi peykinin olduğunu açıqlayıb

ABŞ-ın Hərbi Hava Qüvvələri Yer kürəsinin orbitinə məxfi peyk çıxardığını bildirib.   Bu barədə RİA "Novosti"  xəbər verir.   Qeyd edilir ki, söhbət kiçik ölçülü X-37B peykindən gedir. Məlumata görə, peyk 2017-ci ildə kosmosa çıxarılıb və 2 illik istifadədən sonra Yerə qayıdıb.   ABŞ-ın Hərbi Hava Qüvvələrinin idarə rəisi Rendi Valdenin sözlərinə görə, məxfi peykin missiyasının gedişatında araşdırma laboratoriyası üçün eksperimentlər aparılıb.   Qeyd edilir ki, daha əvvəl bu peyk barədə məlumat verilməyib.