Maide.az

ABŞ konqresi qarşısında aksiya keçirilib

Minlərlə amerikalı ölkənin cənub şərqində Porto-Riko adasında elektrikin kəsilməsi və qasırğadan iki ay ötməsinə baxmayaraq bu adada yenidən qurma işlərində səhlənkarlığa yol verilməsinə etiraz əlaməti olaraq ABŞ konqresi qarşısında aksiya keçirib.   Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  ABŞ konqresi qarşısındakı etiraz aksiyasından əlavə yüzlərlə adam da Vaşinqton şəhərinin müxtəlif yerlərində aksiyalar keçirərək Porto-Riko sakinlərinə dəstək olub.    Porto-Riko adasını dağıdan Mariya qasırğasından 2 ay ötsə də bu adada yenidən qurma və bərpa işlərinin sürəti çox zəifdir.   Yerli rəsmilər də ABŞ dövləti və Tramp hökumətinin Porto-Rikoda qasırğadan ziyan çəkənlərə qarşı etinasızlıqlarını qınayıb.    Porto-Riko adası 50-ci illərdən bəri tabe vilayət hesab olunur və əslində ABŞ-ın qeyri-rəsmi müstəmləkəsidir.