Maide.az

ABŞ koalisiyası Suriyada daha 5 mülki vətəndaşı öldürdü

ABŞ rəhbərliyi altındakı beynəlxalq koalisiyanın Suriyanın Deyr əz-Zor ərazisindəki Hacin şəhərinə təşkil etdiyi hava hücumunda azı 5 mülki vətəndaş həyatını itirib. Bu barədə Suriya dövlət xəbər agentliyi SANA xəbər verib. Xəbərdə "Beynəlxalq koalisiyanın Deyr əz-Zorun şərqindəki Hacinə hava hücumunda 5 nəfər ölüb, bir neçə nəfər də yaralanıb", - deyə bildirilib. Qeyd edək ki, koalisiya YPG-yə İŞİD-ə qarşı mübarizədə yardım bəhanəsi ilə müntəzəm olaraq Deyr əz-Zor bölgəsindəki şəhər və kəndləri bombalayır. Koalisiyanın hava hücumlarında çox sayda mülki vətəndaş həyatını itirib. Xatırladaq ki, Suriya hökuməti ABŞ-ın bu hücumlarda beynəlxalq müqavilələrlə qadağan olunan ağ fosfor istifadə etdiyini açıqlamışdı./ Eastnews.org/