Maide.az

ABŞ iqtisadiyyatı ikinci ən böyük tənəzzülün astanasındadır

Koronavirus epidemiyası Amerikadakı milyonlarla iş imkanlarını məhv edərkən bu ölkəni son yüz ilin ikinci ən böyük tənəzzülə sürükləyir.   Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, martın ortalarında və koronavirusunun yayılmasından sonra bu ölkədə 26,5 milyon insan iş yerini itirib.   Bu kontekstdə müşahidəçilər Amerikadakı işsizliyin 1929-1939-cu illər arasındakı böyük iqtisadi böhran dövründə qeydə alınan səviyyəyə çatacağını bildirirlər.   Amerikada işsizlik həcmi iki ay əvvəl 3 faiz olduğu açıqlanmışdı. İndi bu rəqəm 11,3 faizə yüksəlib.