Maide.az

ABŞ Hizbullahın İraqdakı nümayəndəsi barədə məlumat verənə ‘mükafat’ təyin edib

ABŞ hökuməti Hizbullahın İraqdakı nümayəndəsi Şeyx Məhəmməd əl-Kövsərani barədə məlumat verənə 10 milyon dollar mükafat vəd edib.   Bu barədə ABŞ Dövlət Katibliyi rəsmi twıtter səhifəsi vasitəsilə bəyanat verib.   ABŞ dövlət katibliyi iddia edib ki, “əl-Kövsərani İraqda hökumətin nəzarətində olmayan birləşmələrin bir çox işlərini koordinasiya edir, diplomatik nümayəndəliklərə və hətta aksiyalara hücumlar təşkil edir.”   ABŞ Dövlət Katibliyinin bu bəyanatında gəlib ki, əl-Kövsərani Qasim Süleymaninin yaxın silahdaşlarından olub.   Qeyd edək ki, ABŞ ötən yanvar ayının 3-də Bağdada rəsmi səfərə gələn İran İslam İnqilabının Keşikçilər Ordusunun generalı Qasim Süleymanini və onunla birgə 8 iraqlı və iranlı hərbi rəsmini terror edib. Bundan sonra İraq Parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib. /SalamNews