Maide.az

ABŞ Hərbi Dəniz Donanması Yəmən sahillərinə əlavə gəmilər göndərib

ABŞ Hərbi Dəniz Donanması Yəmən sularına əlavə olaraq bir təyyarədaşıyan və bir raket kreyseri göndərib.   ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyanı və müşayətçi “Normandy” kreyseri Ərəb dənizinə Fars körfəzindən keçib.   Yəmən sularındfa ABŞ-ın artıq 7 hərbi gəmisi var.   ABŞ bildirir kİ, gəmilərin bura göndərilməsinə səbəb bölgədə baş verən sabitsizlikdir.   Xəbər verilir ki, ABŞ gəmiləri eyni yerə gələn 7 gəmidən ibarət İran eskadrasının hərəkətlərini diqqətlə müşahidə edir.   Bölgədəki Amerika gəmilərində ümumilikdə 2200 dəniz piyadası var.