Maide.az

Abşeron yarımadasında 9 göl bərpa olunacaq

"Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır.   Trend-in məlumatına görə, bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.   O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.   E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək".   İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var:   "Bundan başqa, cari ilin payızında Zığ gölünün 100 hektar sahəsinin bərpası üzrə layihə işləri başa çatdırılacaq".