Maide.az

Abşeronda partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Abşeronda sexdə partlayışda bir nəfər xəsarət alıb.   TƏBİB-dən APA-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan 36 yaşlı Fərrux İbrahimov təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına yerləşdirilib.   Vəziyyəti stabildir.   ***   17.37   Abşeronda sexdə partlayış olub.   Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.   Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.   İlkin məlumata görə, xəsarət alanlar var.