Maide.az

Abşeronda azyaşlının əlində naməlum qurğu partlayıb

  Abşeronda azyaşlının əlində naməlum qurğu partlayıb.   Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı bağlar yaşayış sahəsində qeydə alınıb. Orada yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşya partlayıb. Nəticədə Z. Qurbanovun əlinin 2 barmağı amputasiya olunub.   Faktla bağlı araşdırma aparılır. /