ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdə fikir ayrılığının olduğunu inkar edir
ABŞ Dövlət Departamenti Vaşinqton və Ankara arasında Amerika mətbuatının iddia etdiyi fikir ayrılığının olduğunu inkar edir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib. “Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır”, deyə Psaki Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması barədə məqaləsini şərh edərkən qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır.