Maide.az

ABŞ dollarla bağlı mühüm qərar qəbul etdi

ABŞ Mərkəzi Bankının (FED) çərşənbə axşamı günü başlamış pul siyasəti yığıncağı bu gün sona çatıb.   Virtualaz.org-un məlumatına görə, FED faizlərində dəyişiklik etməyərək onu 0 - 0.25% aralığında saxlayıb.   Xatırladaq ki, FED faizi Covid-19-dan qaynaqlanan ziyanı yumşalda bilmək üçün 15 martda sıfıra yaxınlaşdırıb və o vaxtdan bu səviyyədə saxlayır.   Bununla belə, FED bəyan edib ki, Covid-19 pandemiyası iqtisadi fəaliyyətlərə təzyiq etməkdə davam edir.   Onu da qeyd edək ki, FED-in 17 rəsmi şəxsindən 13-ü 2023-cü ilə qədər faiz dəyişikliyi gözləmir.