Maide.az

ABŞ bu dəfə Suriyaya aviazərbələr endirdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində “Hizbulla” hərəkatının mövqelərinə aviazərbələr endirib.   Trend-in məlumatına görə, zərbələr nəticəsində 4 tank məhv edilib.   İnsan itkiləri barədə məlumat verilməyib.   Qeyd olunur ki, zərbələrin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin rəhbərlik etdiyi “Hizbulla” qüvvələrinin mövqeləri olub.