Maide.az

ABŞ BMT-nin Qüds qərarına veto qoydu

Rəsmi  Vaşinqton BMT Təhlükəsizlik Şurasının müzakirəyə çıxardığı  Qüdsü İsrailin paytaxtı kimi tanımama və ABŞ prezidenti Donald Trampın səfirliyi Tel-Əvivdən Müqəddəs şəhərə köçürülmə qərarı ilə bağlı layihəyə veto qoydu.   Maide.Az  “islam-today”-a istinadən xəbər verir ki,  BMT Təhlükəsizlik Şurasının iclasında Misir nümayəndə heyəti tərəfindən BMT TŞ-ə Fələstinlə bağlı təqdim edilmiş layihənin müzakirəsi yarımçıq qalıb.   Belə ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeyli “Heç bir ölkə ABŞ-a səfirliyini harada yerləşdirilməsi barədə göstəriş verə bilməz”  deyərək layihənin qəbul edilməsinə veto qoyub.   O həmçinin bildirib ki, hər bir ölkənin  qərar qəbul etməkdə  suveren hüququ var.    Qeyd edək ki, layihədə Müqəddəs Qüds şəhərinin statusu və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi əsası olmadığı və ABŞ-ın bu qərarının geri çəkilməsinin vacibliyi vurğulanmışdı.   Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biri kimi ABŞ öz istəyinə qarşı olan layihələrə veto qoyur. Ona verilmiş bu müstəsna “hüquq” isə BMT-nin nə qədər “demokratik” bir qurum olduğunu ortaya qoyur.   İşğalçı İsrail  rejimi Qüdsü  tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.   Trump-ın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.   Bu bölgələrdə üç min insan etiraz yürüşü keçirərək Amerika və İsrail bayraqlarını yandırıb, Trump-ın portretlərin tapdalayıb. Tehran, İstanbul, Əmman, Rabat, Beyrut, Qahirə və İslamabadda da etiraz mitinqləri olub.   50-dən çox müsəlman ölkəsi Trump-ın qərarına birgə bəyanatla etiraz bildirib.