Maide.az

AB əhalisinin 20 faizindən çoxu 65 yaşdan yuxarıdır

AB Statistika İdarəsi (Eurostat) yeni növ koronavirusun (COVİD-19) yayılma riski yüksək olan 65 yaşdan yuxarı insanlar haqqında məlumat yayıb.   Maide.Az "anadolu" agentliyinə istinadla xəbər verir ki, müvafiq olaraq 2019-cu ildə bu nisbətin əvvəlki ilə nisbətən 0,3 faiz, 10 il əvvəllə müqayisədə 2,9 faiz artdığı qeyd edilir.   Yaşlı insanların ən çox olduğu AB ölkəsi İtaliyadır - 22,8. Sonrakı yerləri 22 faizlə Yunanıstan, 21.8 faizlə Portuqaliya və Finlandiya, 21.5 faizlə Almaniya və 21.3 faizlə Bolqarıstan tutur.   AB-də yaşlı əhalisinin sayı ən az olan ölkələr isə İrlandiya (14,1 faiz) və Lüksemburqdur (14.4 faiz).