Maide.az

ABŞ Əfqanıstana ən byük qeyri-nüvə bombasını atıb

Pentaqonun verdiyi məlumara görə ABŞ öz silahlı qüvvələrinin ən böyük qeyri-nüvə bombasını Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində yerləşən “İslam Dövləti hədəfinə” atıb.   Aprelin 13-də verilən bəyanatda deyilir ki, GBU-43 bombası yerli vaxtla saat 7:32-də "İslam Dövləti" adlanan təşkilatın Açin rayonundakı tunel kompleksi üzərinə atılıb.   Pentaqonun sözçüsü Adam Stump deyib ki, bu, GBU-43 bombasından döyüş məqsədilə ilk istifadədir.   Bombanın içərisində 11 ton ağırlığında partlayıcı maddə var.   Ölçücə ən böyük olan bu bombanı hərbçilər “Bombalar anası” adlandırır.