Maide.az

ABŞ-ın yeni səfiri gəlir

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Bakıya fevralda gəlməsi gözlənilir. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.   ABŞ-ın Azərbaycandakı səfirliyindən isə ans-ə bildirilib ki, səfirin gəlişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun Bakıya yaxın vaxtlarda gəlməsi nəzərdə tutulub. Bu barədə səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan yanvarın 21-də jurnalistlərə də məlumat vermişdi .    Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.   Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.