ABŞ-ın vitse-prezidenti ziyafətə üzü göyərmiş halda gəldi
C.Bayden bazar ertəsi Ağ Evin Şərq zalında əlillərlə bağlı qanun layihəsinin qəbul edilməsinin 25 illiyinə həsr edilmiş ziyafətdə üzü göyərmiş halda iştirak edib. Vitse-prezident ziyafət zamanı çıxış etməyib. C.Bayden Çempion ləqəbli iti ilə oynayarkın zədə aldığını bildirib. Telekanal məlumat verir ki, Bayden ailəsinin alman ovçarkası var.