Maide.az

ABŞ-ın Suriyanın şərqinə endirdiyi hava zərbələrində ölənlərin sayı 55-ə çatıb

ABŞ təyyarəlrəi bu gün sübh Dirazzur əyalətnin Bu-Kamal şəhəri ətrafında yerləşən iki kəndi şiddətli hava zərbələri ilə hədəfə almışdı.   Maide.Az "İslaminSesi"nə istinadən xəbər verir ki, təcavüzə məruz qalan  Fərat çayının şərqindəki Bağur-Fouqani və əs-Susə kəndləri olub.   Hava zərbələrində ölənlərin sayı 55-ə çatıb. Onların çox qadnlar və uşaqlardı.   Onlarla yaralı var. Onlarla ev dağılıb və yararsız hala düşüb.   Qeyd edək ki, ABŞ təyyarələri son 4 il ərzində Suriyanın Hələb, Rəqqa, Dirazzur, Həsəka və Homs əyalətlərində həyata keçirdiyi yüzlərlə hava zərbələrində onlarla qətliama səbəb olub. ABŞ koalisiyası bu hava zərbələrinin çoxunun səhvən baş verdiyini iddia edib.