Maide.az

ABŞ-ın Suriyadan çıxmaq şərtləri məlum oldu

ABŞ müdafiə naziri Ceyms Mattis ordu qüvvələrinin Suriyadan çəkilməsi üçün şərtlərini açıqlayıb. O, açıqlamasında bildirib ki, ABŞ ordusunun Suriyadan çıxması üçün İŞİD-in tamamilə məhv edilməsi lazımdır.   “Şərtlərimizdən biri də Cenevrə danışıqlarının yenidən canlandırılmasıdır”, - deyə Ceyms Mattis diqqətə çatdırıb.    Nazir qeyd edib ki, ABŞ həm də Suriyadakı bəzi hərbi qüvvələrə təlimlər keçmək istəyir. (eastnews.org)