ABŞ-ın Suriyadakı sonuncu səfiri: “Əsədin qələbəsi alışmalı olduğumuz reallıqdır”
Suriya prezidentinin qələbəsi regionun alışmalı olduğu haldır. The National -ın verdiyi məlumata görə, bunu ABŞ-ın Suriyadakı sonuncu səfiri Robert Ford bildirib. «Bu alışmalı olduğumuz yeni reallıqdır və biz heç nə edə bilmərik», - deyə o, vurğulayıb. Ford əlavə edib: «Keçmişdə Azad Suriya Ordusu ünsürlərini dəstəkləyən xarici hökumətlər Suriya Demokratik Qüvvələrinin İŞİD-ə qarşı hərbi müşavirlərə pul və silah göndərməyə hazır olmadıqca Əsədi və onun müttəfiqlərini məğlub etmək imkansız olacaq. Və xarici hökumətlər bunu etsələr belə, ehtimal ki, Əsəd üzərinə qələbə əvəzinə, ancaq dalana dirənmiş uzunmüddətli müharibə əldə edəcəklər». Sabiq diplomatın sözlərinə görə, müharibə tədricən bitmək üzrədir: «Suriya prezidenti Bəşər Əsəd qələbə çalıb və o, hakimiyyətdə qalacaq».(faktxeber)