Maide.az

ABŞ-ın rəhbərlik etdiyi koalisiya əməliyyatlarda 1400-dən çox dinc sakini öldürüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı azı 1410 dinc sakin həyatını itirib.    Maide.Az xəbər verir ki, bu barədə koalisiyanın məruzəsində bildirilir.   Məlumata əsasən, koalisiya  2014-cü ildən indiyədək  34 min 917  əməliyyat həyata keçrib.    "Daxil olmuş informasiyalara əsasən çox güman ki, azı 1410 dinc sakin əməliyyatın başlanğıcından koalisiyanın səhvən endirdiyi zərbələri nəticəsində həlak olub", - deyə sənəddə qeyd olunur.    Qeyd edək ki, beynəlxalq  insan haqları təşkilatlarının məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada endirdiyi zərbələr nəticəsində 11800 dinc sakin qətlə yetirilib.