Maide.az

ABŞ-ın quru qüvvələrində saqqal saxlamaq və hicaba rəsmən icazə verilib

ABŞ-ın quru qüvvələrində aparılan yeni bir tənzimləmədə dini səbəblərlə saqqal saxlamaq və hicaba riayәt etmәk qadağası lәğv edilib.   Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın quru qüvvələrinin katibi Erik Fanninq Konqresə göndərdiyi məktubunda, sabiq katibin qərarı ilə icazə verilən dini tənzimləmə ilə yaylıq, hicab geyinmәk və ya saqqal saxlamağa artıq briqada komandanlıqlarında da riayət olunacağı bildirilib.   Tənzimləməyə uiyğun olaraq, briqada komandirləri, dini geyim tələb edənin dini inancında səmimi olmaması və ya konkret bir təhlükə olması qənaətinə gələcəyi müddətə icazə verməyə məcbur olacaq. Bu tənzimləmədə qadınların saç formasının standartlarına da yeniliklər edilib. Tənzimləmə uzun illərdir ABŞ ordusunda xidmət edən Hindistan mənşəli sikxlərin tələbləri üzərində aparılsa da, ordudakı müsəlmanlar və yəhudilər də bundan istifadə edə biləcəklər.   Qeyd edək ki, Hindistan əsilli 4 ABŞ əsgəri dini vacibatlarını yerinə yetirə bilməmələri səbəbilə keçən il ABŞ-ın quru qüvvələrini mәhkәmәyә vermişdi. Məhkəmə 2016-cı ilin aprel ayında əsgərlərin xeyrinə qәrar çıxarıb.