Maide.az

ABŞ-ın müdafiə naziri Türkiyəyə gəlir

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazıb.   Məlumata əsasən, C.Mettisin səfəri avqustun 23-də baş tutacaq.   Səfər çərçivəsində Pentaqon rəhbəri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, eləcə də PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.(virtualaz)