Maide.az

ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində 11 nəfər ölüb

  ABŞ-ın Luiziana ştatında daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb.   APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bu barədə ştatın səhiyyə departamentinin məlumatında bildirilir.   Məlumata görə, qurbanlardan beşi İst-Baton-Ruj dairəsində, üçü – Tanjipaxoa, ikisi  Seynt Helen, 1 nəfəri isə Rapids dairəsində ölüb.      Təbii fəlakətin tüğyan etdiyi ərazidən 30 min nəfər təxliyə edilib, 40 minədək evin uçduğu bildirilir.  /