Maide.az

ABŞ-ın ikinci ən qədim məscidi

Miçiqan əyalətinin Dearborn şəhər məscidi ABŞ-ın ikinci tarixi məscididir və 80 ildir ki, tikilib.    Maide.Az “arabamericannews”a istinadən xəbər verir ki, məscidin 80 illik yubleyi münasibətilə aprelin 19-da  bayram şənliyi təşkil olunacaq.    Miçiqan əyalətinin Dearborn məscidi  1937-ci ildə ABŞ-a mühacirət etmiş miqrantlar tərəfindən tikilib. İlk öncə bir namazxana kimi fəaliyyət göstərən məscid hazırda 48 min Fut - Kvadrat Metr  əraziyə sahibdir.  Məsciddə namaz qılanların sayı hər gün artmaqdadır.  Həmçinin ABŞ-da səsucaldıcı vasitələrlə Azan yayımlamaq hüququna malik  ilk məscid Dearborn məscididir.      ABŞ-da ilk müsəlman ibadət ocağı “Ana Məscidi” adı ilə 1934-cü ildə tikilib.