Maide.az

ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinin helikopteri Yaponiyanın Okinava adasının 30 kilometrliyində qəzaya uğrayaraq dənizə düşüb. Bu haqda "RİA Novosti" məlumat yayıb. Hadisə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Naqo şəhərinin şərqində yerləşən bazasında baş verib. Məlumata görə, helikopterin göyərtəsində 5-8 nəfər olub. Onların taleyi barədə məlumat verilməyib.  Sahil-gözətçi xidmətinin əməkdaşları axtarış-xilasetmə əməliyyatı keçirməyə başlayıb.