ABŞ-ın hərbi təyyarəsi Fars Körfəzində qəzaya uğradı
Amerika Dəniz Donanmasının sözçüsü deyib ki, bu ölkənin qırıcısı dünən Fars Körfəzində süqut edib. Maide.az xəbər verir ki, Amerikanın dövlət mediasının internet portalı yazıb ki, Amerika Dəniz Donanmasının sözçüsü elan edib ki, ABŞ-ın F-18 təyyarəsi dünən axşam Teodor Ruzvelt hərbi gəmisindən havaya qalxandan sonra qəzaya uğrayıb. Təyyarəinin iki pilotu Amerika təyyarədaşıyan gəmisinin işçiləri tərəfindən xilas edilib. İlkin xəbərlərə görə, təyyarənin pilotları ciddi xəsarət almayıblar. Məlumatda qırıcının süqutunun səbəbi qeyd olunmayıb./