ABŞ-ın bu şəhərində ilk məscid istifadəyə veriləcək
ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində müsəlmanlar yeni məscid üçün bina alıb və təmir işləri aparıb. Maide.Az “nottinghampost” saytına istinadən xəbər verir ki, Nyuark şəhərinin ilk İslam mərkəzi və məscidinin açılışı üçün rəsmi qurumlara müraciət ünvanlayıb. Müsəlmanların aldığı bina əvvəl restoran kimi fəaliyyət göstərib. Qeyd edək ki, İslami mərkəzdə həm dərslər keçiləcək, həm də ibadətlər icra olunacaq.