Maide.az

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub

Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.   Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.   Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.