Maide.az

ABŞ-ın Əfqanıstandakı bazasına silahlı hücum

ABŞ-ın Əfqanıstandakı ən böyük hava bazası olan Baqramda işləyən əfqan heyətinə edilən silahlı hücum nəticəsində altı nəfər ölüb.   Maide.Az xarici KİV-ə isitnadla xəbər verir ki, Pərvan valisinin sözçüsü Vahidə Şəhkar mətbuata verdiyi açıqlamada bildirib ki, hücum edənlərin kimliyi bilinmir.   Şəhkar Baqramda 3 nəfərin də yaralandığını söyləyib.   Təcavüzkarların bölgədən qaçdıqlarını deyən Şəhkar, hücumun məsuliyyətini Talibanın daşıdığını vurğulayıb.