Maide.az

ABŞ-ın ‘Taliban’la imzalayacağı sazişin tarixi açıqlandı

ABŞ hökuməti “Taliban” terror qruplaşması ilə sülh sazişini fevralın 29-də imzalamaq niyyətindədir.   Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasında bildirilir.   Açıqlamaya görə, tərəflər arasında aprılan danışıqlarda Əfqanıstandakı münaqişəni sona çatdırmaq, ABŞ-ın regiondakı mövcudluğunu azaltmaq üçün siyasi məsələlərin çözülməsinə dair müzakirələr aparılır.   Xatırladaq ki, bundan əvvəl tərəflərin Əfqanıstanda zorakılıq səviyyəsini azaltmaq barədə razılaşması bu gecə qüvvəyə minəcək və 7 gün gözləniləcək. /report   Qeyd edək ki, ötən il ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad “Taliban”ın Dohadakı siyasi nümayəndəliyi ilə 8 mərhələdən ibarət danışıqlar aparıb. Bu danışıqlar zamanı razılaşdırılan saziş layihəsində atəşkəsin bərqərar olmasını, ölkədən əcnəbi qüvvələrinin çıxarılmasını, ölkədəki bütün siyasi qruplar arasında sülh danışıqlarının aparılmasını nəzərdə tuturdu.