ABŞ-ın şərq hissəsi dondu
Amerika Birləşmiş Ştatlarının şərq hissəsində anomal soyuqlar hökm sürür. Bölgədəki ştatlarda fevral ayı üçün normadan 10-20 dərəcə aşağı temperatur qeydə alınıb. Çikaqo şəhərində bütün məktəblər bağlanıb. Nyu-Yorkda isə bəzi yerlərdə buzlaşma təhlükəli vəziyyət yaradıb. Ölkənin şimal-şərqində dəmiryol nəqliyyatının hərəkəti iflic olub. Bəzi ştatlarda şaxta temperaturu rekord təzələyib. Sinoptiklər Kanada tərəfdən gələn soyuq hava kütlələrinin təsiri altında ABŞ-da yaxın vaxtlarda şaxtaların daha da güclənəcəyini proqnozlaşdırırlar.