Maide.az

ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.   Maide.Az  "APA"-a istinadən xəbər verir ki, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.   İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb.   Məlumata görə, cinayəti törətməkdə  19 yaşlı Ceyms Erik Devis şübhəli bilinir.    Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib. Hazırda gəncin tutulması istiqamətində tədbirlər görülür.