Maide.az

ABŞ-da universitet şəhərciyində atışma olub, 1 nəfər ölüb

ABŞ-ın Baltimor şəhərində yerləşən Merilend Universitetinin şəhərciyində atışma baş verib.   Atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.    Naməlum şəxs avtomobillə şəhərciyə daxil olaraq, odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir nəfər aldığı güllə yarası nəticəsində hadisə yerindəcə keçinib, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.   Asayiş keşikçiləri ərazini mühasirəyə alıb.   Faktla bağlı araşdırma aparılır.