Maide.az

ABŞ-da ötən qış 80 min nəfər qripdən öldü

ABŞ-da ötən qış qripdən 80 min nəfər həyatını itirib.   Madie.Az “AA”-a istinadən xəbər verir ki, bunu ABŞ Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin prezidenti (CDC) doktor Ropert Redfield  deyib.    Onun sözlərinə görə, bu rəqəm son 40 ildə  qripdən ən çox ölüm halıdır.    R.Redfield  daha çox insanın qrip peyvəndi olmasının zəruriliyini vurğulayıb.    Qeyd edək ki, ABŞ-da 1918-1920-ci  illərdə geniş yayılmış qrip epidemiyasından 500 mindən çox insan həyatını itirmişdi.