Maide.az

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

 ABŞ-ın Kolumbiya şəhərində (Kaliforniya ştatı) Cessna 310 tipli kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.   İnsident təyyarə eniş edərkən baş verib. Yerə  çırpılandan sonra təyyarə yanıb.   Hadisə ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarəsi araşdırmalara başlayıb. /