Maide.az

ABŞ-da silahlı hücum törədildi

ABŞ-ın Nyu-Cersi ştatına bağlı Cersi Siti bölgəsində bir alış-veriş mərkəzində təşkil olunan silahlı hücumda 2 nəfər yaralanıb. Cersi Siti Bələdiyyə sədri Stiv Fulop "Newport Centre" adlı alış-veriş mərkəzində axşam saatlarında atəş açıldığını, bir adamın qarnından, digərinin qolundan vurulduğunu bildirib. Yaralıların vəziyyətinin ciddi olduğunu bildirən Fulop hadisə ilə bağlı 2 nəfərin nəzarətə alındığını bildirib. Hücumundan sonra mübadilə mərkəzi təxliyə edilib. /eastnews.org/