Maide.az

ABŞ-da qızmayan akkumulyator yaradılıb

  ABŞ-da yerləşən Brukheven Milli Laboratoriyasının mütəxəssisləri özlərinin yeni tərtibatını təqdim ediblər.    “svopi.ru” saytının məlumatına görə, onlar mobil telefonlar üçün heç vaxt qızmayan akkumulyator yaradıblar.    Yeni akkumulyatorun tərtibatının əsasını yüksək keçiricilik nəzəriyyəsi təşkil edir. Bu akkumulyatorlar otaq temperaturunda işləyə bilirlər.   Mütəxəssislərin sözlərinə görə, məlum olub ki, elektrik cərəyanı materiala 0 dərəcə temperaturla maneəsiz olaraq nüfuz edə bilir. Ancaq bununla belə, yeni akkumulyatorun tərtibatı üçün istifadə olunan kupratlar cərəyanın keçiriciliyini artırır. Bu da ona qızmağa imkan vermir.   Əgər bu kupratlar stronsium və digər elementlərlə birləşdirilsə, yüksək keçiricilik alınacaq. Mütəxəssislər gələcəkdə bu elementi tam olaraq soyudulmasına ehtiyacı olmayan akkumulyatorların tərtibatında istifadə edə biləcəklər. (lent.az)     İKT.lent.az-ın