Maide.az

ABŞ-da Qocalar evi yanıb

ABŞ-ın Pensilvaniya ştatında "Barclay Friends" Qocalar evində yanğın baş verib. Trend-in məlumatına görə, axşam saatalrında başlayan yanğın tez bir zamanda evin başqa binalarına da keçib.   Məlumata görə, yanğından dərhal sonra Qocalar evinin sakinləri təxliyə edilsə də, 20-dən çox yaşlı insan xəstəxanaya yerləşdirilib.   Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.   Faktla bağlı araşdırmalar başlayıb.