ABŞ-da qəzet binasına hücum; 5 nəfər ölüb
ABŞ paytaxtı Vaşinqtonun yaxınlığında yerləşən Annapolis şəhərində "Capital Gazette" adlı yerli qəzet binasına silahlı hücum olunub. Maide.Az “AA”-a istinadən xəbər verir ki, polis rəisi Vilyam Krampf hücum zamanı ən az 5 nəfərin öldüyünü bildirib. Məlumatda bildirilir ki, bu hüc ABŞ tarixindən medyaya qarşı təşkil olunan ən ölümcül hücumlardan biri hesab olunur. Hücum nəticəsində 22 nəfərin yaralandığı bildirilir. Hücum etməkdə şübhəli bilinən 38 yaşlı Jarrod Ramos həbs olunub.