Maide.az

ABŞ-da polislərlə atışma baş verib

ABŞ-ın Kolorado ştatında atışma nəticəsində polis əməkdaşları daxil olmaqla 1 nəfər ölüb, 6 nəfər yaralanıb   Polislərə atəş açan şəxs öldürülüb.   Atışma polis əməkdaşları məişət zəminində münaqişə ilə əlaqədar hadisə yerinə gəldikdən sonra baş verib.   Yaralananlardan dördü polis əməkdaşı, ikisi isə mülki şəxsdir.     Hadisənin təfərrüatları açıqlanmır. Yaralıların vəziyyəti barədə dəqiq məlumat verilmir. (apa)