Maide.az

ABŞ-dan İrana 1,7 milyard dollarlıq geri ödəmə

ABŞ Dövlət Katibi Kerri İranın 1981-ci ildən bu yana dondurulmuş olan 400 milyon dollarının fazi ilə - 1,3 milyard dollarla birlikdə ümumilikdə 1,7 milyard dollar olaraq geri ödənəcəyini bildirib.   Maide.az xəbər verir ki, İran ilə P5+1 ölkələri arasında aparılan nüvə müqavilənin qüvvəyə minməsindən sonra ABŞ ilk addım olaraq iki ölkə arasındakı diplomatik münasibətlərin pozulmasından əvvəl İranın hərbi avadanlıq almaq üçün ABŞ-a ödədiyi 400 milyon dolları geri göndərmək qərarı verib.   Kerri yazılı açıqlamasında İran ilə ABŞ-ın Haaqadakı məhkəmədə İranın dondurulmuş valyutasının 35 il fasilədən  sonra ekstradisiya edilməsinə dair razılığa gəldiyini bildirib.