Maide.az

ABŞ-dan Fələstinə daha bir təzyiq - Ölkədən çıxmaları tələb edildi

Ötən həftə Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtondakı ofisini bağlayan ABŞ hökuməti daha bir qalmaqallı addım atıb.   Maide.Az İHA-ya istinadən xəbər verir ki, FAT Komissiyasının rəhbəri, səfir Hüsam Zumlut və ailəsinin ABŞ-ı tərk etməsi tələb edilib.   Zumlut 2022-ci ilə qədər qüvvədə olan vizalarının ləğv edildiyini bildirib.   O, bu addımı Fələstinin işğalçı İsraillə danışıqlara başlamadığı üçün göstərilən təzyiq prosesinin bir hissəsi kimi gördüyünü söyləyib.