Maide.az

ABŞ-da naməlum şəxs xəstəxanaya hücum edib: 7 yaralı

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs bıçaqla xəstəxanaya hücum edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 7 nəfər yaralanıb Polislər cinayətkarı zərərsizləşdirmək məqsədilə silah tətbiq etmək məcburiyyətində qalıblar. Cinayətkar güllə yarası alıb. Bildirilir ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Digər bir məlumata görə, ABŞ-ın Aydaxo ştatında cinayətkarın axtarışı üzrə əməliyyat zamanı 3 nəfər yaralanıb. Belə ki, polislər odlu silahların qeyri-qanuni istifadəsində şübhəli bilinən 33 yaşlı Marko Romeronu saxlamağa çalışıblar. Saxlanılarkən şübhəli şəxs atəş açmağa başlayıb. Atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı və şübhəli şəxsin özü də yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.