Maide.az

ABŞ-da naməlum şəxs kinoteatrda atəş açıb, ölən və xəsarət alanlar var

ABŞ-ın Luiziana ştatında naməlum şəxs kinoteatrda atəş açıb.   Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.   Nəşrin məlumatına əsasən, insident Lafayet şəhərində yerləşən “Grand Theatre” kinoteatrında qeydə alınıb.   Ətrafdakılara atəş açan naməlum şəxs daha sonra intihar edib. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.