Maide.az

ABŞ-da nə qədər azərbaycanlı oxuyur?

2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alıb.   Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə “Open Doors”un hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, Azərbaycandan olan tələblərin sayı 6.5% artıb.   Hesabatda deyilib ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər: “Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”.