Maide.az

ABŞ-da müsəlmanlar tərəfindən ilk İslam universiteti təsis edildi

ABŞ-da müsəlmanların qurduğu universitet fəaliyyətə başladı. Maide.az xəbər verir ki, Pensilvaniya ştatının Bethlehem şəhərində qurulan  Respekt Universitetində (Respect Graduate School-RGS) İslam təhsili veriləcək. Burada təhsil alan tələbələr ixtisaslar üzrə mütəxəssis olmaqla yanaşı, imam da ola biləcəklər. Universitetin açılışında çıxış edən RGS-nin idarə heyətinin sədri Ehat Ercanlı bildirib ki, tələbələr burada magistratura təhsil də ala biləcəklər. Daha sonra Respekt Universitetinin rəhbəri Süleyman Eriş çıxış edərək deyib ki, ABŞ-da dini liderlər, imamlar və dialoq mühitlərində liderlik edə biləcək şəxslər az olduğu üçün bu sahələrdə tələbələr yetişdirmək lazımdır. O, burada təhsil alacaq tələbələrin ABŞ-da İslamı təmsil edəcəklərini söyləyib. //