ABŞ-da möhtəşəm məhərrəm yürüşü – FOTO
ABŞ-ın Miçiqan ştatı Dearborn bölgəsində o cümlədən ətraf şəhərlərdə yaşayan müsəlmanlar İmam Hüseynin (ə) Kərbəla hadisəsini yaşatmaq üçün genişmiqyaslı aksya təşkil ediblər. Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da qatıldığı yürüşdə İmam Hüseynin (ə) qəhrəmanlıq, ədalətsizliyə etiraz, birləşdirici ortaq dəyər və fədakarlığını əks etdirən şüarlar səsəndirilib. Eyni zamanda bu xüsusiyyətləri özündə ehtiva edən plakartlar nümayiş olunub. İmam Hüseyn (ə) məktəbini əks etdirən qara və qırmızı bayraqların və müxtəlif şüarların olduğu aksiya ABŞ mətbuatında geniş müzakirə olunub. Qeyd edək ki, dünyanın əksər ölkələrində analoji aksiyalar təşkil olunur.